Fars ədəbiyyatının qiymətli nümunələrindən olan "Qabusnamə" özünün məzmun rəngarəngliyinə görə geniş şöhrət qazanmışdır. Dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmiş bu hikmət kitabı dövranın acısını-şirinini dadmış qoca atanın öz oğluna nəsihəti və vəsiyyətindən bəhs edir. Qabusnamə həyatın müxtəlif sahələrinə həsr edilmiş 44 fəsildən ibarətdir. Allahın vəsfinə həsr olunmuş birinci fəsil və peyğəmbərlərin yaranmasına həsr edilmiş ikinci fəsil nəzərə alınmazsa, "Qabusnamə" başdan-ayağa həyati məsələləri öyrətmək, yaşamaq qayda-qanunlarını, X-XI əsr feodal İran cəmiyyətinin yaşayış normalarına uyğun olaraq, təbliğ etmək arzusundan ibarətdir-. "Qabusnamə" dünyanın acı-şirinin dadmış, isti-soyuğunu, ara vermədən bir hökmdarın taxta çıxaraq başqa birisinin şahlığını itirdiyini görmüş, müxtəlif təriqətlər, dini çarpışmalar, saray çəkişmələri, ticarət hiyləgərlikləri, insan dəllallığı, qul alveri şahidi və iştirakçısı qoca bir atanın öz oğluna vəsiyyəti-nəsihət kitabıdır.
Qobusname Kitab Yukle
Download File: https://shurll.com/2vHdox
"Qabusnamə"də mübahisəyə səbəb olan məsələlərdən biri də kitabın adıdır. Əsərin özündə kitabın necə adlandırıldığı barədə xüsusi bir göstəriş yoxdur. O, bütün Şərq və Qərb aləmində "Qabusnamə" kimi şöhrət tapmış, bütün dillərə bu ad altında tərcümə edilmişdir. Buna baxmayaraq, tədqiqatçılar bu adın düzgün olmadığını irəli sürürlər. Məsələn, "Qabusnamə"nin son iki nəşrini hazırlayıb 1933 və 1941-ci illərdə çap etdirmiş məşhur İran alimi Səid Nəfisi bu kitabın "Qabusnamə" deyil, əslində "Nəsihətnamə" adlandırıldığını iddia edir.
"Qabusnamə"ni geniş müqəddimə və ətraflı şərhlə birlikdə ilk dəfə rus dilinə tərcümə etmiş Yevgeni Bertels də S.Nəfisinin fikrini müdafiə edir. Bunun tam əksinə olan fikirlər də vardır, yəni bir sıra alimlər Keykavusun bu kitabı məhz babası Qabusa həsr etdiyini yazır və onu əsaslandırmağa çalışırlar. 2ff7e9595c
Comments